Sumqayıt şəhərində ağır yol-nqəliyyat hadisəsi zamanı avtomobil tərəfindən vurulan süpürgəçi qadının kimliyi məlum olub.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Sumqayıt şəhər Təmizlik Departamentinin süpürgəçisi, 1979-cu il təvəllüdlü Şəbiyeva Həcər Səbər qızı küçəni təmizləyən zaman qarşı tərəfdən gələn nəqliyyat vasitəsi onu vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.
*** 11:23
Sumqayıt şəhərində süpürgəçi qadını maşın vuraraq öldürüb.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin Sahil küçəsində baş verib.
Şahidlərin sözlərinə görə, qadın yolun kənarını süpürən zaman qarşı tərəfdən yüksək sürətlə gələn naməlum avtomobil onu vurub. Süpürgəçi qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.
Faktla bağlı araşdırmalara başlanılıb.