Sumqayıtda silah-sursat aşkarlanıb

Sumqayıt şəhərində silah-sursat aşkarlanıb.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Yaşma bağları" ərazisində qeydə alınıb.

Dənizkənarı ərazidən 1 ədəd “Clock 26C” markalı travmatik tapança,1 ədəd süngü bıçaq,1 ədəd “RPQ-7” qumbaraatana aid optik görmə cihazı və ləvazimatları,içərisində 25 ədəd 5,45 mm patron olan 1 ədəd daraq və 4 ədəd kiçik ölçülü şüşə qabda civəyə bənzər maddə aşkar olunub.

Tapılan silah-sursat aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xırdalanda 1 yaşlı körpə ölüb 15 yanvar, 2026 / 10:22