Sumqayıtda sərnişin avtobusu dirəyə çırpılıb, xəsarət alan var

BAKI. 25 yanvar. REPORT.AZ/ Sumqayıt şəhəri ərazisində “PAZ” markalı sərnişin avtobusu idarəetməni itirərək dirəyə çırpılıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nəticədə avtomobildə olan sərnişin, 1955-ci il təvəllüdlü İlyasova Dəstəgül Hacıbala qızı xəsarət alıb. 

Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan İlyasova xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq xilas edilib. Əməliyyat saat 12:59-da başa çatıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47