Sumqayıtda kişi arvadını qətlə yetirdikdən sonra intihar edib - YENİLƏNİB

Sumqayıtda baş verən qətlin bəzi təfərrüatları məlum olub.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə Kimyaçılar qəsəbəsində qeydə alınıb.

Məlumata görə, İlkin Şakir oğlu Atakişiyev əvvəlcə həyat yoldaşı, 1991-ci il təvəllüdlü Yeganə Bəxtiyar qızı Atakişiyevanı, sonra isə özünü öldürüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Sumayıtda qadın (ad və soyadı dəqiqləşdirilir-red) qətlə yetirilib.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb.

Onu qətlə yetirməkdə əri şübhəli bilinir.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər