Sumqayıtda küçədən kişi meyiti tapılıb

Sumqayıt şəhərində küçədən kişi meyiti aşkarlanıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Sumqayıt şəhər Üzeyir Hacıbəyli küçəsi, 9-cu mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Zaur adlı 50-55 yaşlarında olan şəxsin ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.

Hadisə yerinə Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları, Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının briqadası cəlb olunub.

Digər xəbərlər

Ağdamda yanğın başlayıb 13 iyun, 2026 / 17:22