Sumqayıtda keçmiş məhkum qardaşının evindən oğurluq edib

Sumqayıt Şəhər Polis İdarəsinin-nin 2-ci Polis Bölməsinə noyabrın 25-də şəhər ərazisindəki evlərin birindən 1250 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən ev sahibinin qardaşı, əvvəllər məhkum olunmuş Ş.Həsənli müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47