Sumqayıtda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin "Azərbaycan" prospektində baş verib.
"Ford" markalı yük avtomobili ilə BMW markalı minik avtomobili toqquşub.
Nəticədə xəsarət alanların olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.