Bakı. 6 oktyabr. REPORT.AZ/ Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasından yanğın olub.
FHN-dən “Report”a verilən məlumata görə, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin yanar konstruksiyaları 12 m² sahədə və ev əşyaları 5 m² sahədə yanıb. Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğının baş verməsinin səbəbləri araşdırılır.