Sumqayıtda 7-ci mərtəbədən yıxılan uşaq ölüb

Sumqayıt şəhərində hündürlükdən yıxılan uşaq ölüb.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda yerləşən çoxmərtəbəli binaların birində qeydə alınıb.

2019-cu il təvəllüdlü Kənan Fuad oğlu Həsənov 7-ci mərtəbəki mənzilin eyvanından yıxılıb. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26