Sumqayıtda evdə 52 yaşlı kişinin meyiti tapılıb

Sumqayıtda 52 yaşlı kişinin meyiti aşkarlanıb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə Corat bağlarında qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Mahmud Həsən oğlu İsmayılovun meyiti yaşadığı fərdi evdə aşkarlanıb. Onun bir neçə gün öncə öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə evdə partlayış olub 23 yanvar, 2026 / 09:36