Sumqayıtda dənizdən üzərində bıçaq yarası olan kişi meyiti tapılıb - YENİLƏNİB

Sumqayıt. 27 iyun. REPORT.AZ/ Sumqayıtda dənizdə meyiti tapılan kişi ilə bağlı bəzi təfərrüat məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, bu, Sumqayıt şəhər sakini 1965-cı il təvəllüdlü İsgəndərov Elşən Mikayıl oğludur. Dənizdən meyiti tapılan şəxsin üzərində zorakılıq əlamətlərinin və bədənində bir bıçaq yarasının olduğu müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.


*** 08:16

Sumqayıt. 27 iyun. REPORT.AZ/ Sumqayıtda dənizdən kişi meyiti tapılıb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, Xəzər dənizinin Sumqayıt şəhərinə düşən hissəsində kişi meyitinin olması müəyyən edilib.

Meyit FHN-nin Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən sudan çıxarılaraq, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt Şəhər Şöbəsinə təhvil verilib.

Hazırda meyitin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47