Sumqayıtda dəm qazından zəhərlənən şəxs ölüb

Bakı. 3 fevral. REPORT.AZ/ Sumqayıtda dəm qazından zəhərlənən şəxs ölüb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. 

Yanvarın 20-də Sumqayıt şəhərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilən Peyman Alıyev fevralın 2-də ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47