Sumqayıtda çay evində yanğın olub

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 1-ci məhəlləsində yerləşən, 2000-ci il təvəllüdlü Cəbiyev Abdulla Valid oğluna məxsus çay evində qeydə alınıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb. Hadisənin səbəbləri araşdırılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 07 aprel, 2026 / 06:31
Azər Maqsudov cəzadan azad edilib 06 aprel, 2026 / 17:05