Sumqayıtda sürücü sükan arxasında ölüb, qəza olub

Sumqayıtda sürücü sükan arxasında ölüb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Rauf Əliyev idarə etdiyi avtomobilin sükanı arxasında olarkən qəfil halı pisləşib və ürək fəaliyyəti dayanıb.

Nəticədə idarəetmədən çıxan avtomobil qarşıda hərəkətdə olan "Opel" markalı nəqliyyat vasitəsinə çırpılıb.

Digər xəbərlər

Bakıda mağazadan meyit tapılıb 12 yanvar, 2026 / 10:44