Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, 2004-cü il təvəllüdlü Eltac Davudovun idarə etdiyi "Chevrolet Cobalt" markalı minik avtomobili yolu keçən 1982-ci il təvəllüdlü Mirzəyeva Xəyalə Əkbər qızını vurub.

Ağır xəsarətlər alan piyada hadisə yerində ölüb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Digər xəbərlər