Sumqayıtda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb

Sumqayıt. 13 mart. REPORT.AZ/ Sumqayıtda avtomobil piyadanı vuraraq qaçıb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin H.Z.Tağıyev qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini 1970-ci il təvəllüdlü Mehman İkram oğlu Hüseynov yaşadığı ərazidə yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı Sumqayıt şəhər TTYX-a çatdırılıb. 

Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qəzadan sonra sürücü hadisə yerini tərk edib. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47