Sumqayıtda avtomobil 70 yaşlı qocanı vuraraq öldürüb

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb. "Opel" markalı, 99-CT-842 dövlət qeydiyyat nömrə nişanlı avtomobil yolu keçən 70 yaşlı Abdullayev Mühadib Hümbət oğlunu vurub. Zərbənin təsirindən ağır xəsarətlər alan yaralı hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda fərdi ev tam yanıb 21 mart, 2026 / 17:18