Sumqayıtda 9 yaşlı uşağı maşın vurub

Sumqayıt. 19 iyun. REPORT.AZ/ Sumqayıt şəhərində 9 yaşlı uşağı maşın vurub.

"Report"un yerli bürosunun məlumatına görə, 2009-cu il təvəllüdlü Sumqayıt şəhər sakini Bağırzadə Nurlan Fizuli oğlu yaşadığı ərazidə naməlum avtomobil tərəfindən vurulub.

Azyaşlı dərhal xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29