Sumqayıtda 47 yaşlı kişi intihar edib

Sumqayıtın 45-ci məhəlləsində 47 yaşlı kişi intihar edib.

“Report”un yerli bürosunun məlumatına görə, 1976-cı il təvəllüdlü Azər Həşimov yaşadığı evdə özünü asıb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lənkəran rayonunda zəlzələ olub 29 sentyabr, 2026 / 16:01
Cəlilabadda ev yanıb 29 sentyabr, 2026 / 09:36