Sumqayıtda 41 yaşlı qadın hamamda yıxılaraq ölüb

Sumqayıtda 41 yaşlı qadın hamamda yıxılaraq ölüb.

"Report" xəbər verir ki, H.Z.Tağıyev qəsəbəsində yerləşən yataqxanada yaşayan 1984-cü il təvəllüdlü Yeganə Əvəz qızı Qasımova ümumi hamam otağında yıxılıb.

Baş nahiyəsindən xəsarət alan Y.Qasımova ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər