Sumqayıtda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub - YENİLƏNİB

Sumqayıt. 2 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, hadisə nəticəsində 1952-ci il təvəllüdlü Zahidova Reyhan Eldar qızı, 1990-cı il təvəllüdlü Yusufov Cavid Yusif oğlu, 1984-cü il təvəllüdlü Yaqubov Bağı Eldar oğlu, 1970-ci il təvəllüdlü Hacıyev İldırım Alişan  oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb. 


***18:37

Sumqayıt. 2 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xəsarət alıb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, qəza nəticəsində 1-i qadın olmaqla 4 nəfər müxtəlif dərəcli bədən xəsarətləri alıb. Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırlıb. 

Qeyd edək ki, xəsarət alanlardan 3-ü Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarıdır.


***17:57

Sumqayıt. 2 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində ağır yol-nqəliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun əks tərəfində hərəkətdə  "VAZ-2107" markalı avtomobillə toqquşub. Zərbənin gücündən "VAZ-2107" aşıb, "Mercedes" isə yolun kənarındakı maneyə çırpılıb. Hadisə zamanı hər iki avtomobildə olan şəxslərin xəsarət aldığı bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

şəhər ərazisində iki avtomobil hadisə zamanı xəsarət alanlar var. 

Digər xəbərlər