​Sumqayıtda dördmərtəbəli yaşayış binasında yanğın baş verib

Bakı. 17 yanvar. REPORT.AZ/ Sumqayıt şəhərində, dördmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində 1 otaqlı mənzildə yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində evin döşəməsi, 1 ədəd televizor və eyvanın qapısı qismən yanıb.

Yanğın zamanı mənzillərdən 12 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Xankəndidə ev yanıb 17 iyul, 2026 / 09:45