Sumqayıt sakininə qarşı quldurluq edilib

Bakı. 10 fevral. REPORT.AZ/ Sumqayıt sakininə qarşı quldurluq edilib. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Həsən Əliyarova məxsus mobil telefonu quldurluq yolu ilə almış həmyerlisi Nihad Süleymanzadə tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48