Sumqayıt sakini qətlə yetirilib

Bakı. 19 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində 29 yaşlı kişi qətlə yetirilib.

“Report” xəbər verir ki, 1990-cı il təvəllüdlü Aydın Seyidov tanışı, 28 yaşlı Babək Həsənov tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb, B.Həsənov saxlanılıb.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37