​Sumqayıt sakini intihar məqsədilə özünü dənizə atıb

Bakı. 25 Avqust. REPORT.AZ/ Sumqayıt şəhərində 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, həmin şəxs sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas edilib.

Sözügedən şəxs aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:27-də başa çatıb.

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48