Sumqayıt-Bakı elektrik qatarı piyadanı vurub

Sumqayıt-Bakı elektrik qatarı piyadanı vurub.

"Report" xəbər verir ki, hadisə bu gün Sumqayıtdan Bakıya gələn Sumqayıt-Xırdalan-Bakı elektrik qatarının xəttində baş verib.

Təxminən, səhər saat 07:40 radələrində dəmir yolu xəttinin Abşeron rayon ərazisindən keçən hissəsində qeydə alınmış hadisə nəticəsində piyada ölüb.

Maşinist baş vermiş olaya görə qatarın hərəkətinin yubanacağı ilə bağlı sərnişinləri məlumatlandırıb.

Hazırda ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41