Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi avtoqəzada ölüb

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Novxanı-Pirşağı yolunda qeydə alınıb.

İlkin məlumata görə, A.Rzayevanın "Nissan" markalı avtomobili digər nəqliyyat vasitəsilə toqquşub. Nəticədə hakim hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47