SOCAR-ın vitse-prezidenti: "Pirallahıda meyit tapılması xəbəri təsdiqini tapmayıb"

Bakı. 6 dekabr. REPORT.AZ/ "Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) zəng edib demişdilər ki, Pirallahıda meyit tapılıb. Amma bu xəbər təsdiqini tapmadı". "Report" xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov deyib.

X.Məmmədov bildirib ki, BP-nin də küləyin sürəti ilə bağlı verdiyi məlumatlar küləyin sürətli olduğunu təsdiqləyir. O, həmçinin küləyin 27 saat davam etdiyini deyib:
"Külək 27 saat müddətində 39-40 metr/saniyə sürəti ilə davam edib. Praktik olaraq orda hansısa xilasetmə işinin aparılması mümkün deyildi"

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48