Siyəzəndə yol qəzası baş verib, ölənlər və xəsarət alan var - YENİLƏNİB

Siyəzən rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən və xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, "KamAZ" markalı yük maşını ilə "VAZ-21010" markalı minik avtomobili toqquşub. Nəticədə 3 nəfər ağır xəsarətlər alıb. Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Xəsarət alanlardan 2-i (hər ikisi qadındır) xəstəxanada ölüb.

Digər yaralının vəziyyəti ağırdır.

Ölənlər:

Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü İsmayılova Cəmilə Hünər qızı,

Siyəzən rayon sakini, 1986-cı il təvəllüdlü Cəbrayılzadə Gülər Həsənağa qızı.

Faktla bağlı araşdırma aparılır.


*** 21:11

Bakı-Quba yolunda ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun Siyəzən rayonun Zarat kəndi ərazisindən keçən hissəsində baş verib. Hadisə zamanı ölən və xəsarət alanların olduğu bildirilir. Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.  

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47