Siyəzəndə sərnişin avtobusu mikroavtobusla toqquşub, xəsarət alanlar var - FOTO

Siyəzən. 26 may. REPORT.AZ/ Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosu xəbər verir ki, Xaçmazdan Bakı istiqamətində hərəkət edən iki sərnişin avtobusu mikroavtobusla toqquşub. 

İlkin məlumata görə, qəza zamanı 4 nəfər: - 1967-ci il təvəllüdlü Bakı şəhər sakini sakini Cavadova Yana Yuriyevna, 2007-ci il təvəllüdlü Bakı şəhər sakini Qurbanov Cəfər Üzeyir oğlu, 1955-ci ildə anadan olmuş Bakı şəhər sakini Səmədov Faiz Baba oğlu və 1960-cı il təvəllüdlü Bakı şəhər sakini Şayxatarov Renat Atadullayeviç xəsarət alıblar.

Hadisə yerinə təcili yardım maşınları cəlb edilib.  

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39