Şirvanda velosipedçini avtomobil vuraraq öldürüb

Şirvanda velosipedçini avtomobil vuraraq öldürüb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzində qeydə alınıb.

Velosipedçi (kişi) hərəkətdə olarkən onu "Opel" markalı avtomobil vuraraq öldürüb.

Ölən şəxs Şirvan şəhər sakini, 1968-ci il təvəllüdlü Əliyev Xudaşükür Əhmədalı oğludur.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29