Şirvanda yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alanlar var.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Salyan-Şirvan avtomobil yolunun şəhərin Hacıqəhrəmanlı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yük maşını (TIR) ilə “VAZ-2106” markalı avtomobil toqquşub.
Qəza nəticəsində Yevlax rayon sakinləri - 1999-cu il təvəllüdlü Abdullayev Nicat, 1954-cü il təvəllüdlü Abdullayeva Narıngül və 2003-cü il təvəllüdlü Əliyeva Südabə Arif qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır.