Bakı. 21 İyun. REPORT.AZ/ Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində 1 nəfər özünü intihar məqsədi ilə çaya atıb.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, həmin şəxs Əli-Bayramlı sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas edilib.
Əməliyyat saat 21:00-da başa çatıb.