​Şirvanda ağacın aşması nəticəsində elektrik enerjisi kəsilib - FOTO

Bakı. 06 Avqust. REPORT.AZ/ Şirvan şəhərində iri ağacın aşması nəticəsində elektrik təsərrüfatına ziyan dəyib.

"Report" xəbər verir ki, hadisə şəhərin Energetik küçəsində baş verib.

Ağacın aşması nəticəsində elektrik naqilləri qırılıb, sözügedən küçənin sakinləri işıqsız qalıb. Həmçinin, yaxınlıqda yerləşən obyektlərdən birinin dam örtüyünə ziyan dəyib.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39