Şirvan şəhərində yaşayış evində yanğın olub, ölən var

Bakı. 11 dekabr. REPORT.AZ/ Şirvan şəhərində ümumi sahəsi 54 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 30 m² sahədə yanıb.

"Report" FHN-ə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğının kəşfiyyatı zamanı 1957-ci il təvəllüdlü Abdullayev İlham Paşa oğlunun yanmış cəsədi aşkarlanıb. 

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47