​Şirvan şəhərində inzibati binada yanğın olub

Bakı. 23 may. REPORT.AZ/ Axşam saatlarında Şirvan şəhərində hazırda fəaliyyət göstərməyən birmərtəbəli inzibati binada yanğın olub.

“Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində binanın bir otağı və dam örtüyü yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45