Mebel şirkətinin 108 min manatını mənimsəməkdə təqsirləndirilən qadına şərti cəza verilib

Bakı. 31 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Əfsanə Rəhmanovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə ev dustaqlığında olan Ə.Rəhmanovaya şərti cəza verilib.

İttiham aktına əsasən, Ə.Rəhmanova "Modern" mebel şirkətinin Babək prospektində yerlən "Green Wood" mağazasında satış meneceri işləyərkən mağazanın satış müdiri və menecer vəzifəsində çalışan Tural Gülüşovla birgə vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər,

Belə ki, o, T.Gülüşovla qabaqcadan əlbir olaraq şirkətə məxsus malları satıblar, əldə edilən qazancı mənimsəyiblər.

Şirkətə vurulmuş ümumi ziyan isə 108 min manat məbləğində müəyyənləşdirilib.

R.Əhmədova hamilə olduğu üçün onun cinayət işi ayrıca icraata verilib.

Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (məmimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Digər xəbərlər