Bakı. 19 sentyabr. REPORT.AZ/ "Stapri-Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsini məhkəməyə verib.
“Report”un xəbərinə görə, MMC idarənin qərarının ləğv olunmasını tələb edir.
İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
Qeyd edək ki, "Stapri-Azərbaycan" şirkəti Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşir.