Şəmkirdə qadın meyvə ağacından yıxılaraq xəsarət alıb

Şəmkir. 6 iyun. REPORT.AZ/ Şəmkirdə meyvə yığan qadın ağacdan yıxılaraq xəsarət alıb.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından “Report”a verilən məlumata görə, Şəmkir rayonu, Seyfəli kənd sakini, 1987-ci il təvəllüdlü Vüsalə Məmmədova sağ körpücük sümüyünün sınığı və bədəninin müxtəlif yerlərinin dərinə keçməyən yaralanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

O, dərhal əməliyyat olunub və vəziyyətinin orta-ağır olduğu bildirilir.

Xəstəxanadan qeyd ediblər ki, 29 yaşlı qadın öz həyətyanı sahəsindəki gilas ağacından meyvə yığarkən ehtiyatsız davranıb və ağacdan yıxılaraq xəsarət alıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47