Şəmkir sakininə xəsarət yetirməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Şəmkir sakininə xəsarət yetirməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə Regional qrupundan "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs 2007-ci il təvəllüdlü Ü.Cəfərovdur.

Qeyd edək ki, hadisə toy mərasimində şəxsi münasibətlər zəminində olub.

20:28

Şəmkirdə mübahisə bıçaqlanma ilə nəticələnib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Dəllər Cırdaxan kənd sakini, 1973-cü il təvəllüdlü Elsevər Ələkbərli mübahisə zəminində bıçaqlanaraq ağır xəsarətlər alıb.

O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər