Şəmkirdə mağazadan 3000 manat oğurlanıb

Bakı. 2 fevral. REPORT.AZ/ Şəmkir rayonunda oğurluq hadisəsi baş verib.

"Report" xəbər veri ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə fevralın 1-nə keçən gecə Şəmkir şəhər ərazisindəki mağazaların birində qeydə alınıb. Həmin mağazadan 3000 manat və müşahdə kamerasının yaddaş bloku oğurlanıb.

Şəmkir rayon Polis şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mağazanı yarmaqda şübhəli bilinən rayonun Düyərli kənd sakini A.Hümbətli saxlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47