Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var

Şəmkir. 19 sentyabr. REPORT.AZ/ Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 400 kilometrliyində, Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "VAZ-2106" markalı avtomobilin təkəri partlayıb və idarəetmədən çıxaraq qarşı tərəfdən gələn "VAZ-21011" markalı maşına çırpılıb. Nəticədə "VAZ-2106"nın sürücüsü, 53 yaşlı Əli Sarıyev və onun sərnişini, 56 yaşlı Arif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlardan birinin vəziyyəti orta-ağır, digərinki isə qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lənkəranda zəlzələ olub 27 mart, 2026 / 14:57