Şəmkirdə avtomobilin vurduğu piyada dünyasını dəyişib - YENİLƏNİB

Şəmkir. 14 sentyabr. REPORT.AZ/ Şəmkirdə avtomobilin vurduğu piyada dünyasını dəyişib.

"Report"un Qərb bürosu xəbər verir ki, 1998-ci il təvəllüdlü Musayev Çingiz Gündüz oğlu xəstəxanada keçinib.


***21:30

Şəmkir. 13 sentyabr. REPORT.AZ/ Axşam saatlarında Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Şəmkir rayon Seyfəli kənd sakini, 1998-ci il təvəllüdlü Çingiz Gündüz oğlu Musayev yolu keçmək istəyən zaman baş verib.

Ağır kəllə-beyin travması alan piyada hadisəni törədən sürücü tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, oradan isə Gəncədəki özəl xəstəxanaların birinə aparılıb.

Fakta bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xankəndidə ev yanıb 17 iyul, 2026 / 09:45