Şəmkir rayon Qılıncbəyli kəndində su kanalında boğulma hadisəsi baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayon sakini, 2002-ci il təvəllüdlü Könül Əliyev su kanalında çimən zaman boğulub.
Onun meyiti çıxarılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.