Şəmkirdə evdə meyit aşkarlanıb 

Şəmkir rayonunda fərdi evlərin birində meyit tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Tapılan meyitin 1967-ci il təvəllüdlü E.Əliyevə məxsus olduğu məlum olub.

Meyit üzərində qismən yanıq xəsarətləri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37