Şəmkirdə avtomobillər toqquşub, 3 nəfər xəsarət alıb

Şəmkir rayonunda, Kür qəsəbə yolunda iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, avtomobil qəzası nəticəsində 1994-cü il təvəllüdlü R.Ağaməmmədov, 1989-cu il təvəllüdlü Ş.Məmmədov və 1974-cü il təvəllüdlü V.Rəsulov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Zərərçəkmişlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05
Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48