Şəmkirdə avtomobil sexlərində yanğın olub, 5 maşın yanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Şəmkir şəhər Cahangir Rüstəmov küçəsində yerləşən bir neçə avtomobil sexlərində yanğın qeydə alınıb.
Nəticədə sexlərdə olan 5 avtomobil və avadanlıqlar tamamilə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası və 4 yanğınsöndürən maşınları cəlb olunub.
Yaxınlıqdakı qazdoldurma məntəqəsi və 3 ədəd minik avtomobil yanğından mühafizə olunub.
Yanğın söndürülüb, xəsarət alanın olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.