Şəmkirdə avtomobil sərxoş piyadanı vurub

Şəmkir. 16 iyun. ROBERT.AZ/ Şəmkirdə gecə saatlarında piyadanın vurulması ilə nəticələnmiş yol-nəqliyyat qəzası baş verib.

"Report"un məlumatına görə, 1972-ci il təvəllüdlü, Daşkəsən rayon sakini Xəyyam Əsgərov yolu keçmək istəyən zaman onu avtomobil vurub. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. 

Həkimlər onun vəziyyətini ağır qiymətləndirir. X.Əsgərovun hadisə baş verən zaman sərxoş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər