Şəmkirdə avtomobil qəzası vaş verib, xəsarət alan var

Şəmkir. 25 yanvar. REPORT.AZ/ Şəmkirdə avtomobil maneəyə çırpılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Şəmkir şəhərində baş verib. 

İdarəetmədən çıxan "VAZ-21099" markalı avtomobil idarəetmədən çıxaraq yol ayrıcındakı dairəyə çırpılıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12