Şəmkirdə avtomobil qəzası olub, xəsarət alanlar var

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı Şəmkir rayonunun Sabirkənd kənd sakini, 1945-ci il təvəllüdlü M.İbrahimova və daha bir nəfər xəsarət alıb. M.İbrahimovanın vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Digər xəsarət alanın şəxsiyyəti və hadisənin təfərrüatları araşdırılır.

Digər xəbərlər

Lənkəranda zəlzələ olub 27 mart, 2026 / 14:57
Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51